Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

 Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Bu gün Tofiq Yaqublu Xəstəxanaya yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Asayis.az-a bildirilib.

O müalicəsini xəstəxanada davam etdirəcək, yoxsa yenidən Saxlanılma Mərkəzinə qaytarılacaq?- sualına cavab olaraq, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.

Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

19:39 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin