“Azərişıq” kəskin hava şəraitində abonentləri işıqsız qoymadı

 “Azərişıq” kəskin hava şəraitində abonentləri işıqsız qoymadı

Bu gün güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq” ASC -dən “Asayis.az-a verilən məlumata görə, artıq həmin kəndlərdə elektrik enerjisi bərpa edilib.

 

Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar.

Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var.

19:31 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin