Goranboyda qadın hamamda faciəli şəkildə öldü

 Goranboyda qadın hamamda faciəli şəkildə öldü

Goranboy rayonunda hamamda partlayış olub, ahıl qadın ölüb. Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə yanvarın 10-u saat 18 radələrində rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəyeva Validə Yadulla qızı yaşadığı fərdi yaşayış evində hamamda olan su çəninin partlaması nəticəsində başından aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

15:20 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin