Türkiyəli məşhur aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib. Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gökçe Fransa prezidenti Makronla görüşüb.
"Salt bae" hərəkəti ilə dünyada şöhrət qazanan aşpaz Makronla foto çəkdirərək 50 milyona yaxın izləyicisi ilə bölüşüb.
O paylaşımına "Bir prezidentdən daha çox" sözlərini əlavə edib.
Xatırladaq ki, Nusret sonuncu dəfə Argentinanın Dünya Kubokunun qalibiyyətini meydançaya enərək qeyd etməsi ilə gündəm olmuşdu.