Azərbaycanda daha bir məktəb direktorunun qeyri-adi görüntüləri yayılıb. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, videosu yayılan şəxs İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.
O, "TikTok"erlərdən birinin hərəkətlərinə qeyri-adi reaksiyalar verib. Belə ki Ə.İsayev yorğan-döşək yığılan çarpayının üzərinə çıxaraq qəribə hərəkətlər edib. Bu da izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Şərur rayonundakı məktəblərin birinin direktorunun da "TikTok"da videosu yayılmışdı.