Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

 Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakıya uçuşlar qrafikə uyğun həyata keçirilir.

Bu barədə Asayis.Az-a hava limanından bildirilib.

Məlumata görə, aeroportda uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi bütün zəruri işlər aparılır. Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.

11:58 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin