Bakı qarla bu tarixdən vidalaşır - Hava dəyişir

 Bakı qarla bu tarixdən vidalaşır - Hava dəyişir

Yanvarın 11-dən etibarən paytaxta qar yağışı dayanacaq. Asayis.Az xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.

Tətbiqdə, saat 14:00-dan etibarən havanın nisbətən isinəcəyi, temperaturun 2 dərəcəyə qədər yüksələcəyi göstərilir. Sabah isə temperatur bir qədər də qalxaraq 5 dərəcəyə çatacaq. 

Qeyd edək ki, bu gün bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

11:30 - 11 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin