Prezidentin İlqar Mikayıloğlu ilə səmimi DİALOQU

 Prezidentin İlqar Mikayıloğlu ilə səmimi DİALOQU

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Asayis.Az xəbər verir ki, dövlət baçısı çıxışı zamanı jurnalistlərin müxtəlif mövzulu suallarını cavablandırıb. Müsahibə zamanı Prezidentin "Real TV"nin əməkdaşı, aparıcı və jurnalist İlqar Mikayıloğlu ilə səmimi dialoqu xüsusilə diqqət çəkib. 

Belə ki o, İlham Əliyevə "Global Firepower" portalında Azərbaycan ordusunun 57-ci pillədə olduğunu, lakin nəticənin real olmadığını və bununla  razılaşmadığını bildirib. Bu zaman Prezident gülümsəyərək jurnalistlə eyni fikirdə olduğunu qeyd edib. 

Daha sonra dövlət başçısı İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin günbəgün yenilənən və güclənən ordusundan danışıb. 

19:51 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin