Polis maşınının şüşəsini sındıran qadın CƏZALANDIRILDI

 Polis maşınının şüşəsini sındıran qadın CƏZALANDIRILDI

Bir neçə gün əvvəl Bakıda uşaq sığınacağına hücum edərək Post Patrul Xidməti avtomobilinin şüşəsini sındıran şəxs barədə məhkəmə qərarı verilib.

Asayis.az  lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən sığınacağa yerləşdirilən azyaşlının anası A.Kazımova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Kazımovanın himayəsində azyaşlı olduğu üçün ona cərimə cəzası verilib. Həmçinin bölmədə xidməti avtomobilə dəyən zərər ödətdirilib.

Qeyd edək ki, A.Kazımova və uşağın nənəsi sığınacağa gələrək qeyri-iş günündə onların çıxarılmasını tələb ediblər. Lakin iş günü olmadığı üçün bu alınmayıb və nəticədə insident baş verib. A.Kazımova insidentlə əlaqədar əraziyə gələn polis maşınının şüşələrini sındırıb.

17:50 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin