Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi qurumlara tapşırıq verdi ​​​​​​​

 Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi qurumlara tapşırıq verdi  ​​​​​​​

 

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən doqquzuncu sessiyasında Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət qurumlarına tapşırıqlar verib. Asayis.Az Report-a istinadən xəbər verir ki, bunu Ali Məclisin deputatı Ehtimad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O söyləyib ki, Prezident İlham Əliyev çox iradəli şəkildə Zəngəzur dəhlizinin açılması üçün mühüm addımlar atır: "Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də çıxışında Naxçıvan Muxtar Respublikasındakı bütün idarə, müəssisə və təşkilatların bu istiqamətdə fəaliyyətini gücləndirilməsi barədə tapşırıq verdi".

Xatırladaq ki, sessiyada 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiqlənib.

15:50 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin