"Azərbaycanın digər hissəsi ilə Naxçıvan arasında əlaqələrin bərpası vacibdir" - Paşinyan

“Ermənistanla Türkiyə arasında sərhədin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”. Asayis.Az sputnik armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə konkret addımlar atılmalıdır:

“İşlərin davam etməsi üçün, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

15:40 - 10 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin