Ayaqyolu problemini gündəmə gətirən müəllim direktoru "ağ yuyub qara sərdi"

 Ayaqyolu problemini gündəmə gətirən müəllim direktoru

"Sosial portallarda mənim haqqımda videolar yayıldı. Əslində bu, iki-üç ay öncə çəkilmiş video idi. Bunu kim yaydısa, bilmirəm. Allah köməyi olsun, xeyirimizədir. Bu gün mən məktəbin problemlərini gizlədirəmsə, mənə ayıb olsun. Amma siz gizlədirsinizsə, sizə ayıb olmasın, eləmi? Ona görə də mən bir qarabağlı olaraq və bu məktəbə elə-belə gəlmədiyim üçün bunu etməli idim".

Asayis.Az xəbər verir ki, bu sözləri İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbinin müəllimi Leyla xanım bildirib.

O həmçinin məktəbdə baş verən biabırçı duruma görə direktoru günahkar sayıb.

10:22 - 9 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin