Yanğın zamanı "Sədərək"dən oğurluq edənlər tutuldu - FOTO

 Yanğın zamanı

Yanğın olan obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

21:33 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin