Bakıda polisə narkotik barədə məlumat verildi - Bir neçə nəfər saxlanıldı

 Bakıda polisə narkotik barədə məlumat verildi - Bir neçə nəfər saxlanıldı

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Feysbuk dostlarımızdan biri narkotiklə əlaqəli verdiyi məlumat əsasında paytaxtda bir neçə nəfər saxlanılaraq məsuliyyətə cəlb edildi. Vətəndaş nümunəsi göstərən həmin şəxsə minnətdarlıq edirik”, - DİN rəsmisi qeyd edib.

19:29 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin