Azərbaycanlı döyüşçü bu tarixdə UFC-də rinqə çıxacaq - FOTO

 Azərbaycanlı döyüşçü bu tarixdə UFC-də rinqə çıxacaq - FOTO

UFC-də Azərbaycanı təmsil edən Rafael Fiziyevin dünyanın ən reytinqli liqasında keçirəcəyi növbəti döyüşünün vaxtı müəyyənləşib.

Asayis.Az-ın məlumatına görə, bu haqda Rafael özü açıqlama verib.

Onun sözlərinə görə, UFC-dən özləri onunla əlaqə saxlayaraq mart ayına hazırlaşmasını tapşırıblar. Fiziyev böyük ehtimalla rəqibinin amerikalı döyüşçü Dastin Qeytji olacağını bildirib.

"Mən Qeytjini döyüşə çağırmışam. Amma nə ondan, nə də onun meneceri Ali Abdel Azizdən hər hansı bir cavab almamışam. Amma UFC-nin rəhbəri Deyna Uayt bu döyüşə müsbət yanaşır.

Praktika onu göstərir ki, UFC hansı döyüşə müsbət baxırsa həmin qarşılaşma reallaşır", - deyə Rafael Fiziyev deyib.

Azərbaycanlı döyüşçü UFC-də Qeytji ilə qarşılaşmasını ya Las-Veqasda, yaxud da Londonda keçirəcəyini vurulayıb.

19:11 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin