Ötən il Qarabağ iqtisadi rayonuna 8 minə yaxın vətəndaş səfər edib - FOTO

 Ötən il Qarabağ iqtisadi rayonuna 8 minə yaxın vətəndaş səfər edib - FOTO

“Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,841 nəfər vətəndaşın səfəri təşkil olunub”. Asayis.Az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndiliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilir ki, xüsusi nümayəndəlik tərəfindən təşkil olunan səfərlərdə 3751 nəfər iştirak edib.

Onlardan 3054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər Füzuliyə səfər edib.

Qeyd edilib ki, “Yolumuz Qarabağa” marşrutları vasitəsilə təşkil olunan vətəndaş səfərləri üzrə ümumi reyslərin sayı 123, ümumi sərnişin sayı isə 4090 olub.

10:19 - 8 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin