Bakının apteklərində bu dərmanın saxtası satılır - DİQQƏT!

 Bakının apteklərində bu dərmanın saxtası satılır - DİQQƏT!

Apteklərdə "Ozempik" dərman preparatının saxtasının satıldığı müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, Danimarka dərman istehsalçısı "Novo Nordisk" şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, "Ozempik" 0,5 mq və 1 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, nümayəndəlik preparatın istifadəçilərini diqqətli olmağa çağırıb. Xüsusilə preparatı aptekdən əldə edərkən bəzi nüanslara xüsusi diqqət etsinlər. Saxta məhsullar aşkar edildikdə, bu barədə şirkətin elektron ünvanına məlumat verilməsi xahiş edilir.

Qeyd edək ki, sözügedən dərman preparatları əsasən şəkərli diabet xəstələrinin müalicəsində istifadə olunur.

21:11 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin