Şirvan sakini uçan hasarın altında qalaraq ağır xəsarətlər alıb.
Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb.
Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.
Nəticədə o çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.