Cəlilabadda ər həyat yoldaşını döyüb

 Cəlilabadda ər həyat yoldaşını döyüb

Cəlilabad rayonunda ər həyat yoldaşını döyüb. Asayis.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü A. Abasova həyat yoldaşı tərəfindən döyülüb.

Qadın müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

20:29 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin