Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

 Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb.

DİN-in mətbuat xidmətindən Asayis.Az-a bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

20:19 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin