Bakıda elektronika əşyaları almaq istəyən qadın dələduzluqla üzləşib. Asayis.Az Lent.az-a istinadla xəbər verir ki, televizor, “PlayStation” aparatları və “iPhone” telefonları almaq istəyən Bakı şəhər sakini P.Əliyeva M.Ellazov və atası E.Ellazova müraciət edib. Ata-oğul qadından istədikləri avadanlıqları gətirəcəkləri müqabilində ümumilikdə 8 782 manat məbləğində pul alıblar.
Ancaq onlar vədlərini yerinə yetirməyiblər. Aldadıldığını görən qadın hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə ata və oğul istintaqa cəlb olunublar. Onlar barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Ata və oğul barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı davam edir.