Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri alt-üst oldu

 Vardanyandan etiraf: Xankəndidə ermənilərin “blokada”da qalması tezisləri alt-üst oldu

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.

Asayis.Az-ın oxu.az-a istinadla məlumatına görə, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline Times”a müsahibəsində danışıb.

“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, - deyə o, bildirib.

Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldandığını bildirib.

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, - deyə A.Hacızadə tviter hesabında yazıb.

17:33 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin