Azərbaycanda məktəbdə QƏTL: şagird şagirdi öldürdü - FOTO

 Azərbaycanda məktəbdə QƏTL: şagird şagirdi öldürdü - FOTO

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində törədilən qətl barədə xəbər vermişdik. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.

Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.

R.Süleymanov saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Araşdırma davam edir.

13:55 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin