Xəzər dənizindən 2 kq narkotik tapıldı

 Xəzər dənizindən 2 kq narkotik tapıldı

Xəzər dənizindən plastik çəlləklərə bərkidilmış narkotik dolu kisə tapılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Asayis.az-a  verilən məlumata görə, kisə yanvar 4-də Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən zaman sərhəd gözətçi gəmisi tərəfindən aşkarlanıb. Kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

10:14 - 7 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin