DYP-dən havanın dəyişməsi ilə bağlı sürücülərə MÜRACİƏT

 DYP-dən havanın dəyişməsi ilə bağlı sürücülərə MÜRACİƏT

"Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təklükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər". Asayis.Az bunu BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

DYP rəsmisi vurğulayıb ki, yanvarın 8-dən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər:

"Bir daha sürüclərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsini tam sazlığını diqqətdə saxlamağı xahiş edirik", – A.Əsgərli əlavə edib.

Qeyd edək ki, yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

17:10 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin