Elbrusda xizəkçilər toqquşdu: ÖLƏN VAR

 Elbrusda xizəkçilər toqquşdu: ÖLƏN VAR

Rusiyanın Kabardin-Balkar Respublikasında xizəkçi Elbrus dağından enərkən həlak olub. Asayis.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, 44 yaşlı kişi tələbləri pozaraq müəyyən edilmiş marşrutdan çıxıb.

İlkin məlumatlara görə, o, xeyli sürət yığıb və yoldakı başqa xizəkçi ilə toqquşub.

"Toqquşma nəticəsində həmin şəxs ölümünə səbəb olan ağır bədən xəsarətləri alıb. İkinci xizəkçi tibb müəssisəsinə aparılıb, onun həyatı üçün təhlükə yoxdur", - deyə məlumatda deyilir.

Xizəkçinin ölümü ilə bağlı araşdırma aparılır.

15:25 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin