Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünən Culfa rayonunda olub, sakinlərlə görüşüb. Asayis.Az APA-ya istinadla xəbər verir ki, səlahiyyətli nümayəndə sakinlərin problemlərini dinləyib.
Fuad Nəcəfli problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını vurğulayıb.