Almaniya Ukraynanı "BMP Marder" ilə təchiz edə bilər

 Almaniya Ukraynanı

Almaniya hökuməti Ukraynaya "Marder" piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir. Asayis.Az "report"a istinadən xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Nəzəri olaraq Kiyevə nə qədər piyada döyüş maşınının göndərilə biləcəyi dəqiqləşdirilməyib.

"Agence France-Presse" xəbər verir ki, Fransa Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.

"Bloomberg" isə bildirir ki, Birləşmiş Ştatlar Kiyevə "Bradley" piyada döyüş maşınlarının verilməsini istisna etmir.

10:27 - 6 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin