Namiqlə duetindən danışan Könül Kərimova: "Eşitsə, biabırçılıq olacaq"

 Namiqlə duetindən danışan Könül Kərimova:

Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər əvvəl ifa etdiyi duetdən danışıb. Asayis.Az xəbər verir ki, bununla bağlı sənətçi "ATV səhər" verilişinin çəkiliş komandası ilə Xalq artisti Arif Babayevin evində qonaq olarkən açıqlama verib. 

Kərimova Arif Babayevin onu Namiqlə oxuduğu duetə görə tənqid edəcəyindən qorxub və gözünə görünməməyə çalışıb:

"Bir gün meyxanaçı Namiq Qaraçuxurlunu dəvət etdilər ki, onunla bir iş görüm. Dedim ki, Arif Babayev eşitsə, bilsə, dəhşət, biabırçılıq olacaq. Ona nə cavab verəcəyəm? Dediyim kimi də oldu. Namiqlə duetimiz oldu. Çox gözəl qəbul olundu".

15:25 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin