Qar maşınının altında əzilən tanınmış aktyorun xəstəxanadan ilk FOTOSU

 Qar maşınının altında əzilən tanınmış aktyorun xəstəxanadan ilk FOTOSU

Həyət evinin qarını təmizləyərkən qar maşınının altında qalan amerikalı aktyor Ceremi Rennerdən xəbər var.  Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanadan ilk fotosunu paylaşıb. 

51 yaşlı Ceremi paylaşımına "Bütün gözəl sözləriniz üçün təşəkkür edirəm, amma yazı yaza bilməyəcək qədər pis vəziyyətdəyəm. Hamınıza sevgimi göndərirəm" sözlərini də əlavə edib. 

Xatırladaq ki, Ceremi Renner qar maşını ilə həyətini təmizləyərkən qəza keçirib. Aktyor özü idarə etdiyi nəqliyyat vasitəsinin altında qalıb. 

Əzilərək ciddi şəkildə yaralanan Cereminin vəziyyəti əvvəl çox ağır olub. Lakin tibb işçilərinin müdaxiləsindən sonra onun səhhəti stabilləşib.

Həkimlərin verdiyi açıqlamada, aktyorun döş qəfəsindən ağır travma aldığı, qar maşınının onun ayağının üzərindən keçdiyi bildirilib. Ceremi Renner tibb müəssisəsində iki dəfə əməliyyat keçirib. 

14:11 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin