Sumqayıtda qanunsuz obyekt söküldü - FOTO

 Sumqayıtda qanunsuz obyekt söküldü - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Sumqayıtda qanunsuz tikilən obyekti söküb.

Bu barədə Asayis.Az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

13:46 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin