Xoşqədəm Hidayətqızı boşanır?

 Xoşqədəm Hidayətqızı boşanır?

"Qamsız", "Bunun adına yürek derler", "Yalancı" və "Yemin ettim sana" kimi sinqlları ilə populyarlıq qazanan müğənni Doğuş 2006-cı ildə Şeyma Uygun ilə evləndi. 2009-cu ildə cütlüyün yolları ayrıldı. Doğuş 2014-cü ildə azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ikinci dəfə ailə qurdu.  Asayis.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Xoşqədəmlə Doğuşun normal davam edən ailə həyatında gözlənilməz hadisə yaşandı. 

Belə ki türkiyəli yazıçı və aparıcı Onur Akay bir müddət əvvəl 22 yaşlı Seyid adlı gəncin Doğuşu məhkəməyə verdiyini, bu səbəbdən də cütlük arasında problem yaşandığını iddia etmişdi.

Doğuş prosesin uzanmaması üçün DNT testi verdi. Atası üçün Türkiyədən Azərbaycana gələn Seyid Xoşqədəm və Doğuşla birlikdə DNT testinin cavabını gözlədi. 

Aparıcı Xoşqədəm Hidayətqızının DNT analizindən sonra səkkiz illik evliliyinin davam edib-etməyəcəyi ilə bağlı qərar verəcəyi bildirildi. 

Digər tərəfdən isə Seyid məşhur müğənniyə oxşarlığı ilə diqqət çəkdi. 

11:18 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin