Ötən gecə paytaxtda piyadanın iştirakı ilə yol qəzası baş verib. Asayis.Az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 9-cu mikrorayon ərazisində, Zərifə Əliyeva adına parkın yaxınlığında qeydə alınıb. Məlumata görə, qəza nəticəsində piyada xəsarət alıb.