Özünü polis şöbəsinin qabağında yandıran gənc öldü

 Özünü polis şöbəsinin qabağında yandıran gənc öldü

Salyanda 21 yaşlı oğlanın rayon Polis Şöbəsinin önündə özünü yandırması barədə xəbər vermişdik. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, özünü yandıraraq intiahra cəhd edən Məhərrəmov Pərvin Rasim oğlu müalicə üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, o, bu gün həmin xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, P. Məhərrəmov bacısının narkotik aludəçilərinə qoşularaq evdən getdiyi üçün özünü yandırıb.

Hazırda araşdırma aparılır.

09:37 - 5 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin