Azərbaycanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ

 Azərbaycanda sanatoriya sahibi özünü GÜLLƏLƏDİ

Naftalanda intihar hadisəsi olub. Asayis.Az lent.az-a istinadən xəbər verir ki, 63 yaşlı Firuz Qocayev odlu silahla özünü güllələyərək öldürüb. Məlumata görə, o, rayon ərazisindəki sanatoriyalardan birinin sahibi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Naftalan şəhər Polis Şöbəsinə şəhər sakini, 63 yaşlı Firuz Qocayevin odlu silahdan atəş açılması nəticəsində ölməsi barədə məlumat daxil olub:

"Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin məlumata görə F. Qocayev ov tüfəngi ilə intihar edib.

Fakla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalar davam etdirilir".

19:13 - 4 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin