Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb

 Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Asayis.Az xəbər verir ki, “Kriminalqafqaz”ın  məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin Daşqaya deyilən ərazisində olub.

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb.

Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

15:32 - 3 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin