Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

 Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazriliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Asayis.az-a verilən məlumata görə,hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib.Rayon sakini ,1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub,ətraflı müayinələr aparıblar. Faktla bağlı araşdırma aparılır.

11:35 - 3 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin