Rusiyaya göndərilən meyvə-tərəvəz azalıb

 Rusiyaya göndərilən meyvə-tərəvəz azalıb

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan ixrac nəzarət xətti ilə xaricə 457 min 600 ton meyvə-tərəvəz ixrac olunub. Bunun 337 min 234 tonu meyvə, 120 min 366 tonu isə tərəvəz məhsullarıdır.

Asayis.az-ın məlumatına görə, bu ilin əvvəlindən xaricə ixrac olunan meyvə-tərəvəzin ümumi dəyəri 427 milyon 826 min ABŞ dolları təşkil edir.

İxrac olunan meyvələr sırasında alma xüsusi çəkiyə malikdir. Bu il Şimal Ərazi Baş Gömrük İdarəsindən xaricə 3826 yük avtomobili ilə 79 min 845 ton alma yola salınıb. Bu, ötən illə müqayisədə 14 min 433 ton çoxdur.

2021-ci ildə “Samur” gömrük postundan xaricə 433 milyon 972 min ABŞ dolları dəyərində 501 min 187 ton meyvə-tərəvəz məhsulları ixrac olunmuşdu

22:22 - 2 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin