Azərbaycanda bu şəxslər 10 il sosial sığorta haqqı ödəməyəcəklər

 Azərbaycanda bu şəxslər 10 il sosial sığorta haqqı ödəməyəcəklər

Bu ildən məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərin əhatə dairəsi genişləndirilib. Asayis xəbər verir ki, bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcək.

14:49 - 1 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin