Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib

 Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Asayis.az -ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramilə Huseynova və onun övladları 2010-cu il təvəllüdlü Fatimə Huseynova və 2012-ci il təvəllüdlü Mədinə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ana və övladları yaşadıqları evdə dəm qazından zəhərləniblər.

12:47 - 1 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin