Naftalan şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Asayis.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Günel Məhəmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.