Bakıda bayram konsertləri keçiriləcək

 Bakıda bayram konsertləri keçiriləcək

Bu gün Bakıda bayram konsertləri keçiriləcək.

Bu barədə Asayis.az Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Bildirilib ki, dekabrın 31-i saat 15:00-dan 16:00-a kimi Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyat İdarəsinin təşkilatçılığı ilə şəhərin mərkəzində üç yerdə (1 - Natəvanın heykəlinin qarşısı, 2 - Xaqani bağı və 3 - Fəvvarələr bağı) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şəhər sakinləri və qonaqlar üçün konsert proqramları təşkil ediləcək.

Konsertdə muğam triosu, skripka triosu və cazmenlər maraqlı proqramlarını təqdim edəcəklər.

13:29 - 31 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin