Azərbaycanda DƏHŞƏT: 84 yaşlı qadını itlər PARÇALADI

 Azərbaycanda DƏHŞƏT: 84 yaşlı qadını itlər PARÇALADI

Göygöl rayonunda yaşlı qadın itlərin hücumuna məruz qalıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Xasabağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1938-ci il təvəllüdlü Gülayə Allahverdiyeva qəbiristanlığa gedən zaman itlər onu parçalayıb.

Yaşlı qadın xəstəxanaya aparılıb, onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

14:26 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin