Navçıxanda taksi sürücüləri etiraz aksiyası keçirib

 Navçıxanda taksi sürücüləri etiraz aksiyası keçirib

Naxçıvanda bir qrup taksi sürücüsü etiraz aksiyası keçirib. Asayis.Az "Baku.ws"ə istinadən xəbər verir ki, onlar Ali Məclisin sabiq sədri Vasif Talıbovun çıxardığı qanunun qurbanı olduqlarını dilə gətiriblər.

Belə ki sürücülər məcburi qaydada "Naz-Lifan" aldıqlarını əsas gətirərək bununla bağlı etirazlarını bildiriblər.

Onlar bildiriblər ki, sabiq sədrin dövründə Naxçıvan ərazisində başqa model avtomobillə taksi fəaliyyəti göstərmək mümkün olmayıb. Buna görə həmin avtomobilləri 35 min manata almağa məcbur qalıblar.

11:16 - 30 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin