Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

 Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə Seyid Abbas Musəvi tviterdə yazıb.

Səfir qeyd edib ki, konstruktiv keçən ikitərəfli münasibətlərdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əməli addımlar nəzərdən keçirilib.

20:44 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin