Bakıda hündürmərtəbəli binada yanğın

 Bakıda hündürmərtəbəli binada yanğın

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Asayis.az-a bildirilib ki, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Ddövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürlülüb.

11:38 - 29 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin