Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha üç il uzadılıb.
Asayis.azxəbər verir ki, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi imzalaması ilə mümkün olub.
MÖVZU İLƏ BAĞLI:
Gələn ilin əvvəlindən bütün pensiyalara artım ŞAMİL OLUNACAQ
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanırdı.
Dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb.
Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.
Bu dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Dəyişiklik 2023-cü ilin yanvarın 1-də qüvvəyə minəcək.