Qaz limiti nə vaxt sıfırlanacaq? Rəsmi açıqlama

 Qaz limiti nə vaxt sıfırlanacaq? Rəsmi açıqlama

“İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır”.

Asayis.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsindəki canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

“Smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq. Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər. Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”, - deyə o əlavə edib.

17:56 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin