“Bu şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır

 “Bu şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır

“Mədə qıcqırması, öddaşı xəstəliyi olanlar, eləcə də son iki-üç ayda cərrahiyə əməliyyatı olunan şəxslər bayram ərəfəsində qidalanmaya həssas yanaşmalıdır”.

Asayis.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov deyib.

O qeyd edib ki, Yeni il bayramı tətili zamanı insanlar əsasən evdə olurlar və tez-tez qidalanırlar: “Bir az artıq hərəkət etmək lazımdır. Adi günlərdə səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma baş verir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Şəkər qalxacaq, təzyiq yüksələcək, mədədə yanma riskləri artacaq. Gündəlik rejim necədirsə hansı saat aralıqda qida qəbul edilibsə bunu da qorumaq lazımdır. Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir versinlər”.

17:37 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin