İstanbulda partlayış oldu - Hava limanında uçuşlar dayandırıldı - FOTO

 İstanbulda partlayış oldu - Hava limanında uçuşlar dayandırıldı - FOTO

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda güclü partlayış səsi eşidilib.

Asayis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədə aparılan təmir işləri zamanı zədələnmiş borudan qaz sızması baş verib.

Partlayış bölgədə narahatlıq yaradıb. Sabiha Gökçen hava limanında təyyarələrin qalxma marşrutuna yaxın nöqtədə baş verən partlayış hava limanında uçuşları dayandırıb.

Təxminən yarım saat davam edən dayandırılmış uçuşlar yenidən normal vəziyyətə düşüb.

16:51 - 28 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin